Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiya paketini blokladı

Dünya

23.06.2025 14:47

Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiya paketinin qəbulu Macarıstan və Slovakiyanın etirazı ilə dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto "TASS" agentliyinə açıqlamasında məlumat verib.

Qeyd edək ki, Aİ Şurası mayın 20-də Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləmişdi. Elə həmin gün Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas yeni – 18-ci paket üzrə hazırlıqların başladığını bildirmiş və bunun “Rusiyanı sülhə razı salmaq üçün atılan addım” olduğunu demişdi.

Lakin Slovakiya bu təşəbbüsə qarşı çıxaraq, Rusiyadan enerji tədarükünün mümkün kəsilməsi məsələsinin həll olunmayacağı təqdirdə yeni paketə veto qoyacağını bəyan edib. Baş nazir Robert Fitso Aİ-nin bu məsələni həll etmədiyi halda sanksiyaların qəbulunu bloklayacaqlarını açıq şəkildə bildirib.

Qeyd edək ki, Aİ-də sanksiyaların qəbul olunması üçün bütün 27 üzv ölkənin yekdil razılığı tələb olunur.

Qiymət Mahir

tag: Slovakiya ,Rusiya,Aİ,Macarıstan,Todaypress.tv,