Macarıstan Ukrayna münaqişəsinə görə 22,5 milyard avro itirdi

Dünya

30.08.2025 20:00

Macarıstan hökuməti ölkənin Ukraynada davam edən münaqişə və Avropa İttifaqının siyasəti nəticəsində 22,5 milyard avrodan çox maliyyə itkisinə məruz qaldığını hesablayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə baş nazirin aparat rəhbəri Antal Roqan illik “Tranzit” siyasi festivalında çıxışı zamanı bildirib.

Antal Roqanın sözlərinə görə, son üç il yarım ərzində enerji daşıyıcılarının qiymətlərinin artması nəticəsində Macarıstanın əlavə xərcləri 6,4 trilyon forintə (təxminən 16 milyard avro) çatıb. 

“Bizə hərbi inflyasiya ilə əlaqədar, əsasən faiz dərəcələrinin artması səbəbilə əlavə olaraq 2 trilyon forintdən (təxminən 5 milyard avro) çox vəsait xərcləmək məcburiyyətində qaldıq”, - deyə o bildirib.

Bununla yanaşı, Roqan qeyd edib ki, sanksiya siyasəti səbəbindən Rusiya bazarına çıxış imkanını itirən macar şirkətləri təxminən 700 milyard – 1 trilyon forint (təxminən 1,7 milyard – 2,5 milyard avro) arası gəlirdən məhrum olub.

Töhfə Səməd

tag: Macarıstan ,Ukrayna,Avropa İttifaqı,Antal Roqan,Todaypress.tv,