Macarıstan Aİ-nin Ukraynada hərbi əməliyyatla bağlı qərarını dəstəkləməyəcək

Dünya

30.08.2025 15:40

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Kopenhagendə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünə qatılarkən jurnalistlərə açıqlayıb ki, ölkəsi Aİ-nin Ukraynadakı hərbi əməliyyata müdaxilə etməsi və ya bu tip təşəbbüsləri dəstəkləmək niyyətində deyil. Hər hansı qərar dinc həll prosesinə maneə törədəcəksə, Macarıstan ona qarşı çıxacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

“Düşünürəm ki, bu gün bizə qarşı sülhü dəstəkləyən mövqeyimizi sarsıtmaq cəhdləri olacaq. Onlar Ukraynaya maliyyə yardımı və silah tədarüklərini artırmağa, eləcə də Aİ-nin hərbi əməliyyat qərarını qəbul etdirməyə çalışacaq. Ancaq Macarıstan Ukraynanın Aİ-yə inteqrasiyası da daxil olmaqla, bu cür qərarları dəstəkləməyəcək”, - deyə o bildirib.

Eyni zamanda Aİ və NATO çərçivəsində Ukrayna ordusunun hazırlığı üçün hərbi məsləhətçilərin göndərilməsi və ya təhlükəsizlik zəmanəti kimi beynəlxalq kontingentin yerləşdirilməsi barədə müzakirələrin aparıldığı qeyd olunub.

Töhfə Səməd

tag: Macarıstan,Ukrayna,Qərar,Dəstək,Todaypress.tv,