Yaponiya şirkətləri on milyardlarla dollar itirə bilər

Dünya

21.05.2025 11:38

2

Yaponiyanın ən böyük şirkətləri, o cümlədən "Toyota", "Sony" və "Mizuho", ​​ABŞ tarifləri səbəbindən 4 trilyon yen (27,6 milyard dollar) itirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" (FT) qəzeti şirkətlərin məlumatlarına istinadən məlumat yayıb.

Nəşrin hesablamalarına görə, vəziyyətin qeyri-müəyyənliyi səbəbindən itkilərin ümumi məbləği arta bilər.

Belə ki, ən həssas sektorlardan biri Yaponiya ixracının lideri olan avtomobil sənayesi olub. 2023-cü ildə Yaponiya ABŞ-yə dəyəri 40 milyard dollardan çox olan 1,5 milyon avtomobil tədarük edib. "Honda" şirkəti hesab edir ki, onun əlavə xərcləri 650 milyard yen (4,5 milyard dollar) arta bilər. Eyni zamanda, 2030-cu ilə qədər investisiya planlarını 3 trilyon yen (20 milyard dollar) azaldaraq, 7 trilyon iyena (48,7 milyard dollar) qədər salacaqlar.

Töhfə Səməd

tag: Yaponiya,Toyota,Sony,Mizuho,ABŞ ,todaypress.tv,