Lukaşenko: "Münaqişələrin əsasında iqtisadiyyat dayanır"

Dünya

10.10.2025 12:25

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, bu gün bir çox müasir münaqişələrin kökündə iqtisadi maraqlar və rəqabət dayanır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.

O, bu vəziyyətdə qalib gəlmək üçün ticarət və investisiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Prezident MDB ölkələrinin təhlükəli avantüralara cəlb edilməsinin yolverilməz olduğunu bildirib və əsas prioritetin təhlükəsizlik və sülhün qorunması olduğunu vurğulayıb:

"Milli təhlükəsizliyin əsas istiqamətləri terrorizmlə mübarizə, sərhədlərin qorunması və transmilli cinayətkarlıqla mübarizədir. Bu məsələlər artıq yalnız ayrı-ayrı qurumların deyil, bütün MDB dövlətlərinin ümumi məsuliyyətidir", - deyə Lukaşenko qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Lukaşenko,Münaqişə,İqtisadi,MDB,Todaypress.tv,