Litva Belarusla sərhəddə uçuş məhdudiyyətlərini uzatdı

Dünya

02.10.2025 17:05

Litva Belarusla sərhəd yaxınlığında yerləşən hava məkanının qismən bağlanması rejimini 2025-ci ilin dekabr ayına qədər uzadıb.

TodayPress TV xəbər verir ki, bu barədə Baltikyanı ölkənin ordu komandanlığı məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, qərar təhlükəsizlik vəziyyəti və dronların sərhəd pozuntuları ilə bağlı mülki aviasiya üçün yaranan risklər nəzərə alınaraq qəbul edilib.

Litva tərəfi həmçinin, kritik hallarda hava məkanının bağlanması prosedurunun sadələşdirilməsi üçün hüquqi sənədlərin hazırlanmasını 2025-ci ilin sonunadək başa çatdırmaq niyyətindədir.

Qeyd edək ki, avqustun 21-də Litva Belarusla sərhəddə uçuşa qadağa zonası tətbiq etmişdi. Bu addım pilotsuz uçuş aparatlarının fəaliyyətinin artması və "Qərb-2025" adlı Rusiya-Belarus birgə hərbi təlimlərinin başlaması fonunda atılıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Litva,Belarus,Hava ,Sərhəd,Todaypress.tv,