ABŞ Rusiyaya qarşı yeni sanksiya layihəsini tənqid etdi
Dünya
22.05.2025 09:28
ABŞ-də respublikaçı senator Rend Pol Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini sərt tənqid edib. Sənədin müəllifi senator Lindsi Qrem Rusiyada terrorçu və ekstremist siyahısına daxil edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Responsible Statecraft” nəşri məlumat yayıb.
Rend Polun sözlərinə görə, belə bir qanun layihəsinin qəbul olunması ABŞ üçün görünməmiş miqyasda iqtisadi fəlakətə səbəb ola bilər. O bildirib ki, bu cəza tədbirləri yalnız Moskvaya qarşı deyil, Vaşinqtonun müttəfiqləri və elə ABŞ-nin özü üçün də ciddi zərər doğuracaq.
Senator əlavə edib ki, hazırda ABŞ, Avropa İttifaqı, Yaponiya və digər tərəfdaş ölkələr hələ də birbaşa və ya dolayı yollarla Rusiyadan kritik əhəmiyyətli minerallar alırlar.
Qiymət Mahir
tag: ABŞ,Rend Pol, Rusiya,Sanksiya,todaypress.tv,