Lenovo “Legion Go 2” sifarişlərini həddindən artıq tədarük səbəbindən ləğv etdi
Dünya
20.09.2025 19:45
Lenovo yeni “Legion Go 2” portativ oyun konsolu üçün əvvəlcədən sifarişlərin proqnozlarını üstələdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “DTF” məlumat yayıb.
Bildirilir ki, tələbin artması istehsalçını rəsmi internet mağazası vasitəsilə verilən bəzi sifarişləri ləğv etməyə məcbur edib.
Rəsmi açıqlamada şirkət sifarişlərin planlaşdırılandan xeyli çox olduğunu və çatdırılmada gecikmələrə səbəb olduğunu vurğulayıb.
“Yenidən sifarişlər inventar doldurulduqdan sonra mümkün olacaq”, deyə qeyd olunub.
Belə ki, “Legion Go 2” 2025-ci ilin oktyabrında 1100 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq. Şirkət yaranan narahatlığa görə müştərilərdən üzr istəyib və Legion xəttinə göstərdiyi böyük dəstəyə görə minnətdarlığını bildirib.
Orxan Saffari
tag: Lenovo,Oyun konsolu,Tədarük,Ləğv,Todaypress.tv,
