İlin ilk yarısında Bəlucistanda 257 nəfər terror qurbanı olub
Dünya
13.07.2025 23:30
Pakistanın Bəlucistan vilayətində 2025-ci ilin ilk altı ayında 501 terror hücumu nəticəsində 257 nəfər ölüb, 492 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, yerli hakimiyyətin hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə hücumların sayı 45% artıb.
Partlayıcı qurğular, qumbaralar və minalarla həyata keçirilən 81 hücumda 26 nəfər ölüb, 112 nəfər yaralanıb.
Yerli olmayan sakinlərə qarşı hücumlar iki dəfə artıb – 14 insidentdə 52 nəfər öldürülüb, 11 nəfər yaralanıb.
Sərnişin qatarlarına edilən iki hücumda 29 nəfər həlak olub, mülki şəxslərə qarşı 39 hücumda isə 11 nəfər ölüb, 29 nəfər xəsarət alıb.
Hesabatda, həmçinin, poliomielit vaksinasiya qrupuna hücum nəticəsində bir tibb işçisinin öldüyü, mobil rabitə qüllələrinə 9 hücumda isə 2 nəfərin yaralandığı qeyd olunur.
Qiymət Mahir
tag: Bəlucistan,Pakistan,Terror qurbanı,Terror hücumu,TodayPress TV,