Lavrovun “SSRİ” yazılı sviteri müzakirə mövzusu oldu
Dünya
15.08.2025 14:56
Rusiya xarici işlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazılmış sviteri tarixi bir istinada işarə ola bilər.
TodayPress TV xəbər verir ki, “Vzglyad” qəzetinə açıqlamasında politoloq Aleksey Martınov bunu XX əsrdə ABŞ ilə SSRİ arasındakı zəngin ikitərəfli münasibətlərə və yaxınlaşan görüşün, Leonid Brejnev ilə Riçard Nikson arasındakı razılaşmalarla mümkün paralellərinə eyham kimi qiymətləndirib.
Onun sözlərinə görə, gəncliyində Lavrov SSRİ-nin BMT-dəki daimi nümayəndəliyində çalışıb və Alyaskada da olub. Martınov hesab edir ki, bu geyim həm də nazirin diplomatik gənclik illərinə şəxsi retrospektiv göndəriş ola bilər. Analitik əlavə edib ki, son illərdə ABŞ-də sovet simvolikası ilə geyimlər populyarlıq qazanıb və Lavrovun seçimində bu tendensiyaları nəzərə almaq ehtimalı var.
Qiymət Mahir
tag: Rusiya , Sergey Lavrov,ABŞ,BMT,Todaypress.tv,
