Lavrov: “Zelenski adekvat lider deyil”
Dünya
23.05.2025 15:41
“Ukrayna prezidenti Volodimir Zelenski adekvat rəhbər sayılmır”.
TodayPress TV xəbər verir ki, bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov “TASS”a verdiyi açıqlamada səsləndirib.
Lavrovun sözlərinə görə, Kiyevdən səslənən arqumentlər Zelenskinin qeyri-müəyyən və ziddiyyətli mövqedə olduğunu göstərir.
“Ukrayna rəhbəri Rusiya prezidenti ilə danışıqlar aparmağı qadağan edən fərman imzalayıb. İndi isə bu qərarın əslində belə olmadığını iddia etməyə çalışırlar” deyə Lavrov bildirib.
Lavrovun sözlərinə görə, Zelenskinin addımlarını başa düşmək çətindir:
“Ukrayna liderinin davranışlarını ümumilikdə anlamaq çox çətindir. Məsələn, sabah o, Cənubi Afrikaya və ya Avropaya uçanda nə edəcəyini və nə deyəcəyini əvvəlcədən proqnozlaşdırmaq olmur” deyə nazir vurğulayıb.
Qiymət Mahir
tag: Lavrov,Zelenski ,Kiyev,Ukrayna,todaypress.tv,