İtaliyada çadra və niqab qadağan edilə bilər
Dünya
09.10.2025 17:34
İtaliyanın hakim “İtaliya Qardaşları” partiyası ictimai yerlərdə çadra və niqab geyinilməsini qadağan etməyi təklif edib.
TodayPress TV xəbər verir ki, “Politico” nəşrinə görə, yeni qanun layihəsini deputat Andrea Delmastro təqdim edib.
Layihəyə əsasən, qadağanı pozan şəxslər 300 avrodan 3 min avroya qədər cərimələnəcək.
Sənəd Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi sağçı partiyanın “İslamla bağlı mədəni separatizmə qarşı mübarizə” təşəbbüsünün bir hissəsidir.
Andrea Delmastro bildirib ki, dini inancların ifadəsi müqəddəsdir, lakin bu, İtaliya Konstitusiyasına və dövlət prinsiplərinə hörmət çərçivəsində həyata keçirilməlidir.
Layihə həmçinin məcburi nikahlar üçün cəzanın sərtləşdirilməsini və dini icmalardan xarici maliyyə mənbələri barədə məlumat verməyi tələb edir.
Qiymət Mahir
tag: İtaliya,“İtaliya Qardaşları”,Çadra,Niqab,Todaypress.tv,
