Lavrov ingilis dilində suala cavab vermədi

Dünya

28.09.2025 14:25

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov BMT-də keçirilən mətbuat konfransında ingilis dilində sualları cavablandırmaqdan imtina edib.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, bu hadisə Lavrovun BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışından sonra baş verib.

“Sky News” jurnalisti Lavrovdan ingilis dilində danışmasını xahiş etsə də, XİN rəhbəri rus dilinin BMT-də rəsmi dillərdən biri olduğunu xatırladıb və bu dildən istifadə hüququna hörmət göstərilməsini tələb edib.

Qeyd edək ki, Jurnalist ABŞ Prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması ilə bağlı fikirlərini soruşub. Lavrov isə diplomatiyanın müxtəlif alətlər və texnikaları olduğunu qeyd edərək bu bəyanatı birbaşa şərh etməyib.

Jalə Rövşən

TodayPress TV 

tag: Sergey Lavrov,BMT Baş Assembleyası,