Ukraynada hava hücumu xəbərdarlığı elan edildi
Dünya
31.07.2025 15:18
İyulun 31-də Ukraynada bütün ölkə ərazisində hava hücumu siqnalı verilib. Buna səbəb Rusiyaya məxsus MiQ-31K hərbi təyyarəsinin havaya qalxması olub.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC" Hərbi Hava Qüvvələrinə və hava hücumu xəbərdarlığı xəritəsinə istinadən məlumat yayıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin bəyanatında bildirilib ki, bütün Ukrayna üçün "MiQ-31K" raket təhlükəsi var! havaya qalxıb."
Ordu bu təyyarənin konkret məqsədi barədə əlavə məlumat paylaşmayıb.
Qeyd edək ki, "MiQ-31K" qırıcıları "X-47M2 Kinjal" hipersəs raketi daşıya bilər. Bu raket 12.000 km/saat sürətlə uça bilir və çox uzaq məsafədəki hədəfləri vura bilər. Üstəlik, raket uçuş zamanı manevr etmək qabiliyyətinə malikdir və əksər hava hücumundan müdafiə sistemləri üçün çətin hədəf sayılır.
Türkan İsgəndərli
tag: Hava,Ukrayna,Rusiya,Qırıcı,Todaypress.tv,