ABŞ Çin aviaşirkətlərinə Rusiya üzərindən uçuşa qadağa qoymaq istəyir

Dünya

10.10.2025 09:35

ABŞ Nəqliyyat Nazirliyi, Çin aviaşirkətlərinə ABŞ-yə və ya ABŞ-dən uçuşlar zamanı Rusiya hava məkanından istifadə etməyi qadağan etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Agentliyin məlumatına görə, amerikalı aviaşirkətlər mövcud vəziyyətdən narazıdır. Onlara 2022-ci ildə Rusiya üzərindən uçmaq qadağan edilib, Çin daşıyıcıları isə bu marşrutu istifadə etməyə davam edir.

ABŞ Nəqliyyat Nazirliyinin hazırladığı sənəd layihəsinə əsasən, bu balanssızlıq rəqabət baxımından mühüm amilə çevrilib. Nazirlik, həmçinin bəyan edib ki, Çin ərazisindən keçən uçuşlara da qadağa təklif olunur. Bu da “ABŞ və Çin aviaşirkətləri arasında olan rəqabət bərabərsizliyini aradan qaldırmaq” məqsədi daşıyır. Nazirlik bildirib ki, hazırkı vəziyyət ədalətsizdir və ABŞ aviaşirkətləri üçün ciddi mənfi rəqabət nəticələrinə səbəb olub.

Nəqliyyat Nazirliyi Çin daşıyıcılarına bu təklifi cavablandırmaq üçün iki gün vaxt verib və qadağanın yekun olaraq artıq noyabrda qüvvəyə minə biləcəyini qeyd edib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ ,Nəqliyyat,Çin ,Rusiya ,Todaypress.tv,