İsrail HƏMAS-ın komanda-nəzarət mərkəzinə zərbələr endirdi

Dünya

02.06.2025 17:37

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh şəhəri yaxınlığında Fələstinin HƏMAS hərəkatının komanda-nəzarət mərkəzinə zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri HƏMAS terror təşkilatının Deyr əl-Bələhdəki komanda-nəzarət mərkəzində fəaliyyət göstərən terrorçulara zərbələr endirib. Mərkəzdən terrorçular İsrailin mülki əhalisinə və əsgərlərinə qarşı terror aktları planlaşdırmaq və həyata keçirmək üçün istifadə ediblər", - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün tədbirlər görülüb və hərbçilər arasında yüksək dəqiqlikli döyüş sursatlarından istifadə, havadan müşahidə və əlavə kəşfiyyat məlumatlarının əldə edilməsi təmin edilib.

Töhfə Səməd

tag: İsrail ,Qəzza,Deyr əl-Bələh,HƏMAS ,Fələstin,todaypress.tv,