Kreml: Yeni raundu ilə bağlı razılaşma yoxdur

Kreml: Yeni raundu ilə bağlı razılaşma yoxdur
17.06.2025 14:43 Dünya

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Kiyev arasında münaqişənin tənzimlənməsi üzrə danışıqların növbəti mərhələsi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Gazeta.ru" məlumat yayıb.

Onun sözlərinə görə, hələlik yeni raundun keçirilməsi ilə bağlı razılıq əldə olunmayıb:

“Xeyr, hələlik növbəti mərhələyə dair aydınlıq yoxdur”, – deyə Peskov bildirib.

Peskov əlavə edib ki, İstanbul danışıqlarında əldə edilən razılaşmalar üzrə müəyyən işlər görülüb və Rusiya tərəfi öz öhdəliklərini yerinə yetirib.

“Danışıqların davamı ilə bağlı yaxın vaxtlarda hər şey aydın olacaq”, – Kremlin sözçüsü əlavə edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər