Tramp bəyanat yaydı

Dünya

06.10.2025 11:10

ABŞ Prezidenti Donald Tramp Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı HƏMAS-la danışıqların Misirdə oktyabrın 6-da keçiriləcək görüş ərəfəsində davam etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

O, texniki qrupların bazar ertəsi Misirdə yekun detalları müzakirə edəcəyini bildirib və sürətli hərəkət edilməsinin vacibliyini vurğulayıb.

HƏMAS nümayəndə heyəti Misirə gəlib və atəşkəs mexanizmləri, İsrail qüvvələrinin çıxarılması və əsir mübadiləsi üzrə danışıqlara başlayacaq. İsrail də Trampın Qəzza planı çərçivəsində dolayı yolla məhbus mübadiləsi danışıqları üçün Misirə qrup göndərəcəyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 29-da Tramp Qəzza planını açıqlayıb. Plan 20 maddədən ibarət olub, israilli girovların azad edilməsi, atəşkəs, HƏMAS-ın tərk-silah olunması və Qəzzanın yenidən qurulmasını nəzərdə tutur. HƏMAS planla prinsipcə razılaşıb və növbəti addımlar üçün danışıqlar Misirdə aparılacaq.

Jalə Rövşən

TodayPress TV

tag: Donald Tramp,Bəyanat,Misir,Qəzza,Todaypress.tv,