Tayvan: Çin hərbi təzyiqi artırıb
Dünya
02.06.2025 11:12
Tayvan rəsmiləri may ayında Çin Xalq Azadlıq Ordusunun ada ətrafında rekord səviyyədə hərbi fəallıq nümayiş etdirdiyini bildiriblər.
TodayPres TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Tayvanın yüksək rütbəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, 1-27 may tarixləri arasında Çin gündə orta hesabla 50-70 döyüş gəmisini Tayvan ətrafına göndərib. Rəsmilər bu göstəricini indiyədək qeydə alınan ən yüksək səviyyə kimi qiymətləndiriblər.
Agentlik qeyd edir ki, Çin hakimiyyəti Tayvanın yeni seçilən prezidenti Lai Çinqteyi “separatçı” hesab edir və onun andiçmə mərasimindən sonra regionda hərbi gərginlik daha da artıb.
Belə ki, Lai Çinqtenin andiçməsindən bəri Çin ən azı 7 hərbi təlim keçirib. Müşahidəçilərin fikrincə, bu intensivlik son illərdə görünməmiş bir vəziyyətdir.
Türkan İsgəndərli
tag: Çin,Tayvan,Hərbi,Silah,todaypress.tv,