Kavelaşvili: "Hökuməti devirmək cəhdinə cavab veriləcək"
Dünya
05.10.2025 17:50
"Gürcüstanda seçkilər ən yüksək demokratiya standartlarına uyğun keçirilib".
TodayPress TV xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.
O, peşəkarlığa görə Mərkəzi Seçki Komissiyasına və onun əməkdaşlarına təşəkkür edib.
Prezident həmçinin “Gürcü Arzusu” partiyasını qələbə münasibətilə təbrik edib və seçiciləri səfərbər etdiyinə görə bütün siyasi qüvvələrə təşəkkür edib.
M.Kavelaşvili Tbilisidəki şeçkilərlərlə paralel baş tutan etiraz aksiyasını ayrıca şərh edərək, bunu hökuməti devirmək cəhdi kimi qiymətləndirib.
Onun sözlərinə görə, aksiya zamanı vandalizm və zorakılığa çağırışlar olub. O, təşkilatçıların hərəkətlərini xarici kəşfiyyat orqanları ilə əlaqələndirib və hakimiyyətdən sərt cavab vəd edib.
tag: Gürcüstan,Seçki,Prezident,Etiraz,Todaypress.tv,
