Kamboca ABŞ mallarına gömrük rüsumlarını ləğv etdi
Dünya
08.08.2025 10:31
Kamboca hökuməti ABŞ-dən idxal edilən mallara, istifadə olunmuşlar istisna olmaqla, 0% gömrük rüsumu tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə qərarı ölkənin Baş naziri Hun Manet imzalayıb.
Məlumata görə, yalnız yeni mallara bu güzəşt şamil olunacaq. İkinci əl mallar əvvəlki qaydada gömrük rüsumuna cəlb ediləcək.
Baş nazirin göstərişi əsasında İqtisadiyyat və Maliyyə Nazirliyi yaxın günlərdə bu qərarın tətbiq qaydaları ilə bağlı rəsmi açıqlama verəcək.
Qeyd edək ki, avqustun 7-də Kamboca hökuməti ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Manet bu barədə Nobel Komitəsinə məktub göndərib.
Xatırladaq ki, bu ilin aprelində ABŞ prezidenti bəyan edib ki, 185 ölkə və ərazidən gətirilən mallara gömrük rüsumu tətbiq ediləcək. Yeni tariflər aprelin 5-dən qüvvəyə minib. ABŞ-yə əsasən geyim və ayaqqabı ixrac edən Kamboca bu dəyişikliklərdən qismən təsirlənib.
Türkan İsgəndərli
tag: Kamboca,ABŞ,Mal,İdxal,Todaypress.tv,