Kamboca Tailandla sülh sazişi bağlayacaq

Dünya

20.10.2025 11:27

Kamboca və Tailand oktyabrın sonunda Kuala-Lumpurda keçiriləcək ASEAN sammitində sülh sazişi imzalamağı planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə Kamboca Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, sənədin imzalanmasında ABŞ Prezidenti Donald Tramp və Malayziyanın baş naziri Ənvər İbrahim iştirak edəcəklər.

Saziş oktyabrın 17-də Malayziyada keçirilən Kamboca, Tailand, ABŞ və Malayziya nümayəndələrinin dördtərəfli danışıqlarında razılaşdırılıb.

Xatırladaq ki, Kamboca və Tailand arasında Fransız Hind-Çini dövründən qalan ərazi mübahisəsi səbəbindən son aylarda sərhəddə silahlı toqquşmalar baş verib. İyul ayında ABŞ, Çin və Malayziyanın vasitəçiliyi ilə atəşkəs əldə olunsa da, gərginlik tam aradan qalxmayıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Kamboca,Tailand,Sərhəd ,Ordu,todaypress.tv,