Fleminq: "İsrailin müharibəsi Avropaya sıçrayacaq"
İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatların uzunmüddətli nəticələri təkcə regionla məhdudlaşmayacaq, bu təsirlər Avropaya və onun hüdudlarından kənara qədər yayılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hökumət Rabitə Qərargahının keçmiş rəhbəri ser Ceremi Fleminq xəbərdarlıq edib.
O, hazırkı vəziyyətin inanılmaz dərəcədə mürəkkəb olduğunu bildirib.
Keçmiş rəhbərin sözlərinə görə, Qəzzadakı müharibə ekstremist qruplar üçün gəncləri radikallaşdırmaq vasitəsinə çevrilə bilər. Bu isə yalnız Yaxın Şərqdə deyil, qlobal miqyasda təhlükəsizlik üçün yeni çağırışlar yarada bilər.
Fleminq həmçinin Böyük Britaniya, Fransa və Kanadanın İsrailin Qəzzadakı qeyri-mütənasib hərbi addımlarını pisləmək üçün birgə səylərini alqışladığını bildirib.
Türkan İsgəndərli
tag: İsrail,Qəzza,ABŞ,Avropa,todaypress.az,