İstanbulda vətəndaşlar parklara axışdı

Dünya

11.08.2025 08:00

Türkiyənin Balıkesir bölgəsinin Sındırğı rayonunda baş verən 6,1 bal gücündəki zəlzələ İstanbulda da hiss olunub.

TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Zəlzələ anında təşvişə düşən sakinlər küçələrə çıxıblar.

İstanbulun Bahçelievler rayonunda bir çox sakin ailələri ilə birlikdə parklara üz tutub. Xüsusən Kuleli Parkında böyük sıxlıq yaranıb. Vətəndaşlar piknik ləvazimatları və stulları ilə birlikdə parka gələrək açıq havada vaxt keçiriblər.

Parkda yaranan izdiham isə havadan dron vasitəsilə görüntülənib.

Qeyd edək ki, Balıkesirdə baş verən zəlzələ nəticəsində bir bina çöküb. Bölgədə işlər davam edir. Dağıntılar altından çıxarılan 4 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfərin isə cəsədi tapılıb. 

Töhfə Səməd 

tag: Türkiyə,Balıkesir ,İstanbul,Zəlzələ ,Todaypress.tv,