Ərdoğan Trampla görüşünü dəyərləndirdi

Dünya

26.09.2025 13:56

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə Vaşinqtonda keçirdiyi görüşü səmimi və məhsuldar adlandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, geri dönüş zamanı jurnalistlərə açıqlama verib. 

Onun sözlərinə görə, iki ölkə arasında bir çox sahədə əhəmiyyətli irəliləyişlər əldə olunub.

Ərdoğan bildirib ki, bütün məsələləri bir görüşdə həll etmək mümkün olmasa da, bu təmas bir çox istiqamətlərdə irəliləyişə gətirib çıxarıb. O, iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq məqsədinin də görüşdə gündəmə gəldiyini deyib.

Görüşdə həmçinin Suriya məsələsi və Qəzzadakı humanitar böhran da müzakirə olunub:

"Xüsusilə Qəzzada qətliamın dayandırılması və davamlı sülhün əldə olunması mövzusunda fikirlərimizi bölüşdük. Tramp sülhün zəruriliyini vurğuladı. Biz də atəşkəsin vacibliyini və sülhə aparan yolu təqdim etdik. Bu məsələdə hələlik tam qarşılıqlı anlaşma əldə olunmayıb", – deyə Ərdoğan qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Türkiyə,Tramp,Ərdoğan,Todaypress.tv,