Makron: “İran nüvə silahından imtina etməlidir”
Dünya
22.06.2025 20:15
Fransa Prezidenti Emmanuel Makron bu səhər Səudiyyə Ərəbistanının vəliəhdi, Oman sultanı, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və Qətər əmiri ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Makron, eyni zamanda İran Prezidenti ilə də danışaraq Fransanın konkret tələbini bir daha xatırladıb: Fransız vətəndaşları Sesil Koller və Jak Perinin dərhal azad olunması.
Prezident Makron, ötən gecə baş verən hücumlara toxunaraq, bu təhlükəli kontekstdə gərginliyin azaldılması və maksimum təmkin nümayiş etdirilməsinə çağırıb. O bildirib ki, diplomatik yola qayıdış üçün məhz bu cür yanaşma vacibdir.
“İranın nüvə silahından imtina etməsinə dair aydın öhdəlik götürməsi və dialoqun bərpası – bu, təkcə bölgədə deyil, ümumilikdə hər kəsin təhlükəsizliyi və sülhü naminə yeganə çıxış yoludur”, - deyə Makron vurğulayıb.
Töhfə Səməd
tag: Fransa ,Makron,ABŞ,İran,todaypress.tv,