İsrailin müdafiə naziri: “HƏMAS girov danışıqlarına qayıdır”

Dünya

17.05.2025 17:55

5

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında israilli girovların azad edilməsi ilə bağlı razılaşmanın müzakirəsinə qayıdıb. 

TodayPress TV xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats jurnalistlərə açıqlamasında məlumat verib.   

Nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən həyata keçirilən hərbi əməliyyat fonunda hazırda Dohada olan HƏMAS nümayəndə heyəti danışıqlara qayıtdığını bildirib.

Qeyd edək ki, İsrail ordusu martın 18-nə keçən gecə Qəzza zolağında yeni hərbi əməliyyata başlayıb.

“Gideonun arabaları” adlanan əməliyyat genişmiqyaslı hücum xarakteri daşıyır.

Rəsmi Tel-Əviv bu addımı, HƏMAS-ın atəşkəs dövründə girovların azad edilməsi və müddətin uzadılması ilə bağlı ABŞ-nin təqdim etdiyi planı rədd etməsinə cavab olaraq atdığını bəyan edib.

Nicat Osman

tag: İsrail,HƏMAS,Münaqişə,Danışıqlar,Todaypress.tv,