Cənubi Koreyada son günlər davam edən leysan yağışları daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Ölkənin Fövqəladə Halların İdarəetməsi Agentliyinin məlumatına görə, azı 17 nəfər həlak olub, 11 nəfər isə hələ də itkin düşmüş hesab olunur.
Yağışlar əsasən ölkənin cənub bölgələrinə ciddi ziyan vurub. Minlərlə yol və tikili zərər görüb, əkin sahələri və heyvandarlıq təsərrüfatları məhv olub.
Ölkə prezidenti Li Çje Myon hadisənin daha çox təsir etdiyi bölgələri fəlakət zonası elan edib. Hökumət genişmiqyaslı bərpa tədbirlərinə başlayıb.
Yağışlar iyulun 20-də ölkənin cənub və mərkəzi hissələrində səngisə də, həftənin əvvəlində paytaxt Seul da daxil olmaqla, şimala doğru güclü yağış və ildırım gözlənilir.
Töhfə Səməd