Pentaqon yeni nəsil döyüş təyyarəsi layihəsini təsdiqlədi
Dünya
08.10.2025 10:05
Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni qırıcı təyyarə layihəsinin dizaynını təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Müdafiə naziri Pit Heqset oktyabrın 3-də layihənin irəliləməsinə razılıq verib.
Yeni "F/A-XX" adlı qırıcı təyyarəni istehsal edəcək şirkət bu həftə seçiləcək. Tenderdə "Boeing" və "Northrop Grumman" iştirak edir. Bu təyyarə hazırda istifadə olunan "F/A-18E/F Super Hornet" qırıcılarını əvəz edəcək.
Layihə ABŞ-nin Çinlə rəqabətdə üstünlüyünü qorumaq məqsədi daşıyır. Yeni təyyarə uzun uçuş məsafəsinə, gizli texnologiyaya və pilotsuz aparatlarla birgə işləmək qabiliyyətinə malik olacaq.
Qeyd edək ki, maliyyə məsələlərinə görə əvvəllər təxirə salınan proqram üçün Konqres 2026-cı maliyyə ili üçün 1,4 milyard dollar əlavə vəsait, ümumilikdə isə 750 milyard dollarlıq maliyyələşdirməni təsdiqləyib.
Türkan İsgəndərli
tag: Pentaqon,ABŞ,Qırıcı,Maliyyə,Todaypress.tv,
