Le Pen Fransanın 2026-cı il büdcə layihəsini tənqid etdi

Dünya

16.10.2025 19:00

Fransada sağçı “Milli Ralli” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen hökumətin 2026-cı il büdcə layihəsini sərt tənqid edib. 

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

O, sənədi “əsl dəhşət” adlandıraraq, onun yeni ideyalardan məhrum olduğunu bildirib.

Le Pen vurğulayıb ki, layihə nə keçmiş Baş nazir Fransua Bayrunun təkliflərinə nisbətən yenilik gətirir, nə də Baş nazir Sebastien Lekornunun pensiya islahatlarını dayandırmaq vədlərini nəzərə alır.

Xatırladaq ki, iyulun 13-də Baş nazir Lekornu büdcə layihəsini təqdim edərək, büdcə kəsirinin ÜDM-in 4,7%-dək azaldılacağını, vergilərin 14 milyard avro artırılacağını, pensiya və sosial müavinətlərin isə dondurulacağını açıqlamışdı.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,Partiya,Büdcə,Le Pen,Todaypress.tv,