İranda emalatxananın tavanı çökdü: ölən və yaralılar var

Dünya

17.10.2025 12:32

İranda dağ kömür emalatxanasında qəza: 1 fəhlə ölüb, yaralananlar var

İranın Cənubi Xorasan əyalətində “Təbəs Pərvədə” daş kömür şirkətinin emalatxanasında baş verən qəza nəticəsində bir fəhlə ölüb, bir neçə nəfər yaralanıb.

TodayPress TV İran KİV-ə istinadən xəbər verir ki, məlumatı Təbəsin icra başçısı Əli Əşrəfian verib.

O bildirib ki, zəncir konveyerin hərəkəti zamanı iş yerinin tavanının bir hissəsi çöküb və nəticədə faciə baş verib.

Hadisə yerinə xilasetmə və təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub, yaralılara tibbi yardım göstərilib və təxliyə əməliyyatları həyata keçirilib. Əşrəfian əlavə edib ki, qəzanın dəqiq səbəbi təhlükəsizlik ekspertləri və Əmək İdarəsi əməkdaşları tərəfindən araşdırılır.

Jalə Rövşən

TodayPress TV

tag: İran,Emalatxana ,Tavan çökməsi,Qəza,Todaypress.tv,