Monqolustan turizm rekordunu yenilədi

Dünya

06.06.2025 17:30

Monqolustan 2025-ci ilin may ayında rekord sayda – 66,360 xarici turist qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media Monqolustan Turizm Təşkilatının açıqladığı rəsmi statistikaya istinadən məlumat yayıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə artım deməkdir. Belə ki, 2024-cü ilin may ayında ölkəyə 60,898 turist səfər etmişdi.

Hazırda Monqolustanın iqtisadiyyatı əsasən mineral resursların ixracına söykənsə də, turizmin inkişafı hökumət tərəfindən iqtisadi diversifikasiya və beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində prioritet sahə kimi qiymətləndirilir.

Bu məqsədlə Monqolustan hökuməti “Monqolustana Səfər İlləri” adlı turizm təşviqat proqramını 2028-ci ilə qədər uzatmaq qərarına gəlib.

Xatırladaq ki, 2024-cü ildə Monqolustan ümumilikdə 727,400 xarici turist qəbul etmiş və bu sahədən 1,6 milyard ABŞ dolları gəlir əldə etmişdi ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.

Qiymət Mahir

tag: Monqolustan,Turizm,Rekord,Turist,todaypress.tv,