Merts: “Ukraynada sülh üçün yeganə yol Rusiyaya təzyiqi artırmaqdır”

Dünya

24.06.2025 15:47

Almaniyanın Federal kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı Ukraynada davam edən münaqişənin həlli üçün Rusiyaya təzyiqi artırmaqdan başqa alternativ görmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Onun sözlərinə görə, yalnız Rusiyaya təzyiqlərin gücləndirilməsi sülhə gətirib çıxara bilər.

Merts bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin yalnız güc dilini anlayır və bu səbəbdən indiki mərhələdə sülh yaratmağın yolu həmin dili istifadə etməkdən keçir:

“Putin yalnız güc dilini anlayır. Bu səbəbdən bu gün sülhə nail olmaq üçün biz də bu dildən istifadə etməliyik”, - deyə Almaniya kansleri vurğulayıb.

O, həmçinin qeyd edib ki, məhz bu yanaşma Avropa İttifaqını Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlamağa vadar edib.

Töhfə Səməd

tag: Almaniya,Fridrix Merts,Rusiya,Ukrayna,Putin,Todaypress.tv,