Hindistan ilk yarımkeçirici çipini istehsal edir
Dünya
19.07.2025 09:30
Hindistan 2025-ci ildə ölkədə istehsal olunmuş ilk yarımkeçirici çipi təqdim edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin informasiya texnologiyaları naziri Aşvini Vayşnav Haydarabad şəhərində keçirilən konfransda çıxışı zamanı məlumat verib.
Nazirin sözlərinə görə, Hindistan qlobal yarımkeçirici bazarında önəmli oyunçu olmağa hazırlaşır.
“Hazırda yarımkeçirici çiplərin istehsalına başlayırıq. Artıq altı yarımkeçirici zavodunun tikintisinə icazə verilib və bu obyektlərin inşası davam edir. Hindistanda istehsal olunacaq ilk çip 2025-ci ildə bazara çıxarılacaq”, - deyə Aşvini Vayşnav bildirib.
Qeyd edək ki, Hindistan hökuməti ölkədə yarımkeçirici istehsalı sənayesinin qurulması niyyətindədir. Bu məqsədlə rəsmi Delhi xarici texnologiya şirkətlərini ölkəyə investisiya yatırmağa fəal şəkildə cəlb edir.
Töhfə Səməd
tag: Hindistan ,Yarımkeçirici,Çip,Aşvini Vayşnav,Todaypress.tv,