İndoneziyada helikopter qəzası: Ölənlər var

Dünya

04.09.2025 20:30

İndoneziyanın Cənubi Borneo əyalətində helikopter qəzası baş verib, nəticədə 8 nəfər itkin düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Goulburn Post" məlumat yayıb.

Məlumata görə, sentyabrın 1-də "Eastindo Air" şirkətinə məxsus "Airbus BK117 D-3" tipli helikopter Kotabaru rayonundan havaya qalxdıqdan cəmi 8 dəqiqə sonra hava hərəkətinə nəzarətlə əlaqəni itirib. Təyyarədə 8 nəfər, o cümlədən ABŞ, Braziliya və Hindistan vətəndaşları olub.

Hadisə ilə bağlı 200-dən çox xilasedici axtarışlara cəlb edilib. İşlərə polis, hərbçilər, fövqəladə hallar xidmətləri, yerli rəsmilər və könüllülər də qoşulub.

Xilasedicilər Borneo adasında 27 kvadrat kilometrlik tropik meşə ərazisini yoxlayıb və qəza yerini müəyyən ediblər. Lakin pis hava və qaranlıq səbəbindən qurbanların dəqiq sayı hələ açıqlanmır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İndoneziya,Helikopter,Qəza,Hadisə,Todaypress.tv,