Hindistanda göyərçinlərin bəslənməsi qadağan edildi

Dünya

18.08.2025 17:25

Hindistanın Mumbay şəhərində ictimai yerlərdə göyərçinlərin bəslənməsi qadağan olunub.  

TodayPress TV xəbər verir ki, bu qərar ölkənin bələdiyyə məmurları, səhiyyə müdafiəçiləri və heyvan hüquqları fəalları arasında ciddi müzakirələrə səbəb olub. 

Göyərçinlərin nəcisinin tənəffüs yolu xəstəliklərinə yol açdığını əsas gətirən Mumbay Bələdiyyəsi “kabutarxana” adlanan ənənəvi yemləmə sahələrini bağlayıb. Buna etiraz edən yüzlərlə insan iki dəfə polisə qarşı aksiya keçirib, bir çoxları saxlanılıb. 

Oxşar tədbirlər Pune və Thane şəhərlərində də görülüb. Dehli isə yaxın vaxtlarda ictimai yerlərdə qidalanmanın qarşısını almağı planlaşdırır. 

Qərar xüsusilə göyərçinlərə yem verməyi dini vəzifə hesab edən "Jain" icmasının narazılığına səbəb olub.  

Mütəxəssislər bildiriblər ki, göyərçin nəcisi ilə uzunmüddətli təmas pnevmoniya və göbələk infeksiyası riskini artırır.  

 Aysel Mətləb

tag: Hindistan,Qadağa,Göyərçin,Din,Todaypress.tv,