Aİ Rusiya enerjisini dayandırmaq üçün yeni plan hazırlayır
Dünya
04.06.2025 18:03
Avropa Komissiyası iyunun 17-də Rusiyadan enerji resurslarının idxalının tamamilə dayandırılmasına yönəlmiş yeni normativ sənədlər layihəsini təqdim etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, sənədlərdəki məhdudiyyətlərə Rusiya qazının idxalına sıfır kvota tətbiqi, Rusiyadan neft alışını azaltmaq üçün əlavə mexanizmlər, Uran və digər radioaktiv maddələrin tədarükü üzrə yeni müqavilələrə qadağa daxildir.
Məlumata görə, sıfır kvota tədbiri Avropa enerji şirkətlərinə fors-major hallarda Rusiya ilə mövcud müqavilələri hüquqi əsasla ləğv etməyə imkan verəcək. Bu addımın sanksiyalar qədər ciddi təsir göstərəcəyi gözlənilir.
Qeyd edək ki, bu təşəbbüs Aİ-nin Rusiyadan enerji asılılığını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.
Türkan İsgəndərli
tag: Aİ,Rusiya,Qaz,Enerji,todaypress.tv,