Hindistan yenidən Rusiya nefti alır
Dünya
31.10.2025 14:24
Hindistanın ən böyük neft şirkəti Indian Oil Corp (IOC) Rusiyadan neft alışını bərpa edib. Şirkət ABŞ sanksiyalarına düşməyən təchizatçılardan sifarişlər verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mənbələrin sözlərinə görə, "IOC" dekabr ayında çatdırılacaq beş partiya "ESPO" markalı nefti sanksiyalardan kənar təchizatçılardan alıb.
Bu, Vaşinqtonun Rusiya neftinin idxalını dayandırmaq tələblərinə baxmayaraq, Hindistanın alışları davam etdirdiyini göstərir.
Şirkətin maliyyə direktoru Anuc Cayn daha əvvəl bəyan etmişdi ki, əgər beynəlxalq sanksiyaları pozmasa, Hindistan Rusiya neftini almaqda davam edəcək.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib. Qərarın səbəbi Moskvanın Ukraynadakı müharibənin dayandırılması istiqamətində sülh prosesinə maraq göstərməməsi ilə izah olunub.
Aysel Mətləb
tag: Hindistan,ABŞ,Rusiya,Neft,Sanksiya,Todaypress.tv,
