Gürcüstandan 5 ölkənin vətəndaşı deportasiya edildi

Gürcüstandan 5 ölkənin vətəndaşı deportasiya edildi
25.07.2025 13:06 Dünya

Miqrasiya qaydalarını pozduqlarına görə son günlərdə ümumilikdə 13 nəfər Gürcüstandan deportasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Deportasiya prosesi Miqrasiya Departamenti və Daxili İşlər Nazirliyinin müvafiq strukturlarının sıx koordinasiyası ilə həyata keçirilib. Qüvvədə olan qanunvericiliyə əsasən, bu şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Deportasiya olunan şəxslər Misir, Türkiyə, Hindistan, İordaniya və Pakistan vətəndaşlarıdır.

Töhfə Səməd


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər