Gürcüstanda Prezident sarayına hücumun təşkilatçıları həbs edildi
Dünya
07.10.2025 14:42
Gürcüstan məhkəməsi Tbilisidə Prezident sarayına hücumla bağlı beş nəfəri həbs edib.
TodayPress TV xəbər verir ki, qərarı hakim Lela Maridaşvili çıxarıb.
Onlar opera müğənnisi Paata Burçuladze, sabiq baş prokuror Murtaza Zodelava, müxalif siyasətçilər İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeni olub.
Həmin şəxslər Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə çağırışda, qrup halında zorakılığın təşkilində və bu zorakılıqda iştirakda ittiham olunurlar.
Xatırladaq ki, hadisələr oktyabrın 4-də keçirilən yerli seçkilərdən sonra baş verib. Müxalifətin təşkil etdiyi etiraz aksiyası polislə toqquşmaya çevrilib. Aksiya iştirakçıları "Gürcü arzusu" partiyasının qələbəsini tanımayıb və Avropa İttifaqına inteqrasiya prosesinin bərpasını tələb ediblər.
Türkan İsgəndərli
tag: Gürcüstan,Məhkəmə,Etiraz,Müxalif,Todaypress.tv,
