Gürcüstan ATƏT-ə etiraz notası təqdim etdi

Dünya

16.10.2025 13:31

Gürcüstan Xarici İşlər Nazirliyi Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Tbilisidə keçirilən hökumət əleyhinə etiraz aksiyasında iştirak etməsinə görə ATƏT Katibliyinə etiraz notası təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Nazirlik bildirir ki, Valtonen rəsmi proqramdan kənar aksiyaya qatılmaqla ölkədəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdıra biləcək açıqlamalar verib.

Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçirilib, lakin nəticələrdən narazı qalan müxalifət Tbilisidə etiraz aksiyası təşkil edib, aksiyalar polislə toqquşmaya və yaralanmalara səbəb olub. Bu etirazların əsas səbəbi hakim “Gürcü Arzusu” partiyasının qalib gəldiyini elan etməsi və Avropaya inteqrasiya öhdəliyindən imtina etməsidir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Gürcüstan,XİN,ATƏT,Nota,Todaypress.tv,