Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təqdim edəcək
Dünya
30.08.2025 12:50
Fransa xarici işlər naziri Jan-Noel Barro Kopenhagendə Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi jurnalistlərə bildirib ki, Fransa Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə çıxış edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Fransa naziri vurğulayıb ki, burada əsas məqsəd Rusiya silah maşınına dəstək verən resursları bloklamaqdır.
“Mən Fransa tərəfindən hazırlanmış təklifləri təqdim edəcəyəm. Məqsədimiz Rusiyanın bu müharibəyə yönələn resurslarını tükətmək və onun hərbi maşınını dayandırmaqdır. İlk növbədə enerji və maliyyə sektoru hədəf alınacaq; əlavə olaraq, bu sektorlara dolayısı ilə dəstək verən bəlkə bəzi qeyri-hərbi sahələr də diqqət mərkəzində ola bilər”.
Eyni zamanda Aİ-nin ali diplomatiya rəhbəri Kaya Kallas da Kopenhagendə jurnalistlər qarşısında bildirib ki, nazir müavinləri həqiqətən Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini müzakirə etməyi planlaşdırır:
“Lakin bu görüş qeyri-rəsmi xarakter daşıdığı üçün konkret qərarlar qəbul edilməyəcək”.
Töhfə Səməd
tag: Aİ,Rusiya,Sanksiya,Paket,Todaypress.tv,