Britaniya boş rus evlərini satır

Dünya

21.05.2025 13:28

2

Böyük Britaniya parlamentinin üzvü Co Paul, sanksiyaya məruz qalan Rusiya vətəndaşlarının boş qalan daşınmaz əmlakları ilə bağlı konkret tədbirlərin görülməsi üçün hökumətə müraciət edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Müraciətə səbəb Londonda, şəhərin qərbində yerləşən və birləşdirilmiş şəkildə iki beşmərtəbəli malikanə olub.

Nəzərdən keçirilən əmlak 2018-ci ildə, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başladıqdan dərhal sonra sanksiya siyahısına daxil edilən rusiyalı iş adamı David Davidoviç tərəfindən alınıb.

Paul hökumətin Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə dövlət naziri Stiven Dota müraciət edərək, belə mülklərin satılmasını və əldə olunan vəsaitin xüsusi hesabda dondurulmasını təklif edib. O, bu vəsaitin ya sanksiyalar aradan qaldırılanadək, ya da onun xərclənmə istiqaməti ilə bağlı qərar verilənədək saxlanılmasını istəyib.

Türkan İsgəndərli

tag: Britaniya,Rusiya,Malikanə,sanksiya,todaypress.tv,