Güclü qasırğa səbəbindən minlərlə insan təxliyə edildi

Dünya

22.09.2025 16:00

Filippində dağıdıcı "Raqasa" tayfunu ölkənin şimal hissəsini vurduqdan sonra minlərlə sakini təxliyə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “BBC” yazıb.

Qeyd olunub ki, sentyabrın 22-də küləyin sürəti 230 km/saata (144 mil/saat) çatan qasırğa Caqayan əyalətindəki Panuitan adasını vurub. Sinoptiklər onun Çinin cənubuna doğru istiqamət alacağını proqnozlaşdırırlar. Daşqın və torpaq sürüşmələri gözlənilir.

Çin hakimiyyəti qasırğanın Quanqdonq əyalətinə təsir etmək təhlükəsi ilə əlaqədar 400 mindən çox insanı təxliyə etməyi planlaşdırır. Artıq yüzlərlə insan Tayvandan təxliyə edilib. Adada bərə xidməti dayandırılıb, vətəndaşların meşələrə və təbiət yollarına getməsi qadağan edilib. Bir neçə Çin aviaşirkəti uçuşları dayandırıb.

Nicat Osman

TodayPress TV


tag: Filippin,Raqasa,Qasırğa,Tufan,Todaypress.tv,