"Google"un həmtəsisçisi milyonluq səhmlərini insanlara bağışladı

Dünya

22.05.2025 11:40

Şəxsi sərvəti 140 milyard dollardan çox olan "Google"un həmtəsisçisi Sergey Brin 700 milyon dollar dəyərində "Alphabet" səhmlərini ("Google Inc" və onun törəmə şirkətlərini idarə edən holdinq) naməlum şəxslərə bağışlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

4,1 milyon səhmin alıcısının adının açıqlanmadığını nəzərə alan jurnalistlər, Brinin əvvəllər Parkinson xəstəliyi ilə bağlı araşdırmalara ianə etdiyini xatırladaraq, pulların xeyriyyəçilik üçün bağışlandığını və ya etibar fondlarına göndərilə biləcəyini irəli sürüblər.

Qeyd edək ki, "Google"un axtarış sistemində yerləşdirilmiş süni intellekt rejimi də daxil olmaqla, yeni süni intellekt inkişaflarını təqdim etməsi ilə mayın 21-də "Alphabet" səhmləri 5,6 faiz artıb.

Töhfə Səməd


tag: Sərvət,Google,Alphabet,Sergey Brin,todaypress.tv,