"Google" 200-dən çox işçini ixtisar etdi
"Google"un süni intellekt (AI) məhsullarını qiymətləndirmək və təkmilləşdirmək üçün çalışan 200-dən çox işçisi qəfil xəbərdarlıq edilmədən işdən çıxarılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Wired" məlumat yayıb.
Keçmiş işçilərin sözlərinə görə, ixtisarlar şirkətdə aşağı əmək haqqı, iş təhlükəsizliyinin olmaması və pis iş şəraitinə etirazları susdurmaq məqsədi daşıyır. Bu problemlər işçilərin mənəviyyatına və işə motivasiyasına mənfi təsir göstərib.
İddialarla bağlı şirkət rəsmi açıqlama verməyib.
Türkan İsgəndərli