Fransanın keçmiş Baş naziri həbs edildi
Dünya
17.06.2025 16:21
Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş Baş naziri Fransua Fiyonu dörd il şərti azadlıqdan məhrum edib.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti məlumat yayıb.
Sabiq hökumət başçısı 2007–2012-ci illərdə Baş nazir vəzifəsində çalışıb. O, həyat yoldaşının qeyri-qanuni formada işə götürülməsi ilə bağlı qalmaqallı iş üzrə təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, Fiyon həmçinin 375 min avro məbləğində cərimə ödəməli və növbəti beş il ərzində seçkilərdə namizədliyini irəli sürmək hüququndan məhrum edilib.
Qeyd edək ki, 2022-ci ildə Fransua Fiyon dörd il müddətinə azadlıqdan məhrum edilmişdi və bu müddətin bir ili real həbs cəzası kimi təyin olunmuşdu. Apellyasiya instansiyası son qərarla bu cəzanı şərti cəza ilə əvəz edib.
Töhfə Səməd
tag: Paris Apellyasiya Məhkəməsi,Fransa,Baş nazir,Fransua Fiyon,todaypress.tv,