AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil
Dünya
22.10.2025 08:19
Avropa Komissiyası Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil.
TodayPress TV-nin xəbərinə görə, bunu Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən gün Avropa İttifaqı Şurası 2028-ci ildən etibarən quruma üzv olan ölkələrə özündə Rusiya qazının alınmasına tam qadağa qoyulmasını ehtiva edən "RePowerEU" planı ilə bağlı mövqeyini təsdiqləyib:
"Bu qərar o demək deyil ki, Aİ ölkələri Rusiya qazının üçüncü ölkələrə, məsələn, Serbiyaya tranzitini dayandırmalı olacaqlar".
Kos, Aİ-nin Serbiyanın Avropa enerji bazarına maksimum inteqrasiyasını dəstəklədiyini əlavə edərək, ölkəni Avropadan qaz idxal etməklə tədarükünü diversifikasiyasına çağırıb.
tag: Avropa, Serbiya, Rusiya, Qaz, todaypress.tv,
