Fransada Stalinqradla bağlı qalmaqal baş verdi

Dünya

18.07.2025 09:34

Fransanın Drape şəhərində “Stalinqrad bulvarı”nın adının dəyişdirilməsi yerli sakinlər və solçu siyasətçilər arasında ciddi narazılıq yaradıb.  

TodayPress TV xəbər verir ki, bu barədə yerli "Nice-Matin" qəzeti məlumat yayıb.

Şəhər bələdiyyə şurası iyulun 4-də keçirilən iclasda 40-dan çox küçənin adının dəyişdirilməsi ilə bağlı layihəyə səs verib. 

Həmin qərara əsasən, “Stalinqrad bulvarı”nın adı “Riv-dü-Payon bulvarı” ilə əvəzlənəcək.

Kommunist Partiyasının yerli bölməsinin keçmiş katibi Filip Pelleqrini bildirib ki, Stalinqrad adı təkcə kommunizmlə bağlılıq ifadə etmir, həm də nasistlər üzərində əldə edilən ilk böyük qələbənin rəmzidir.

Qəzet yazır ki, qərarın əleyhdarları bu dəyişiklikdən təəssüfləndiklərini bildiriblər.

Qiymət Mahir

tag: Fransa,Drape,Stalinqrad bulvarı, Filip Pelleqrini,Todaypress.tv,