Fransa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Dünya
22.07.2025 10:52
Fransa Xarici İşlər Nazirliyi Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketi üçün yeni məhdudiyyətlər hazırlamağa başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Nazir qeyd edib ki, keçən həftə Aİ ilə birlikdə Rusiyanı atəşi dayandırmağa məcbur etmək üçün geniş sanksiyalar paketi qəbul edilib. O əlavə edib ki, komandalarına yeni və daha sərt sanksiyalar paketi hazırlamağı tapşırıb.
Barro vurğulayıb ki, söhbət təkcə Fransadan yox, Aİ səviyyəsində görülən tədbirlərdən gedir. Onun sözlərinə görə, yalnız Aİ ölkələrinin birgə iqtisadi gücü ABŞ ilə birlikdə Rusiyaya effektiv təzyiq göstərməyə imkan verir.
Fransa naziri yeni sanksiyalar paketinin tezliklə qəbul olunacağını və Parisin may ayında qəbul edilən 17-ci sanksiyalar paketinə görə məsuliyyət daşıdığını da xatırladıb.
Türkan İsgəndərli
tag: Fransa,Aİ,Rusiya,Sanksiya,Todaypress.tv,